Ermənilərin yeni xülyası
"Erməni Yetim Xalçası" Ağ Evdə nümayiş etdiriləcək.
ANS PRESS-in məlumatına görə, bu xalçada ermənilərin 1915-ci il hadisələri ilə bağlı uydurma tarixçəsi əks edilib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Mark Stroh Ermənilərin 1915-ci il hadisələrinin rəmzi kimi gördüyü "Qazir xalçası"nın nümayiş etdirilməsinin qətiyyən bir mesaj olmadığını söyləyib.
Sözügedən xalça 18-23 noyabr tarixləri arasında Ağ Ev Ziyarətçi Mərkəzində sərgilənəcək. Xalçanın ermənilərin 1915-ci il hadisələrinin 100-cü ilində intensiv lobbi fəaliyyətləri apardığı bir vaxtda sərgiyə açılacaq olması diqqət çəkir.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Mark Stroh qeyd edib ki, xalça əhəmiyyətli bir tarixi əsərdir. O qeyd edib ki, xalçanı necə nümayiş etdirəcəyimizi araşdıraraq bu qərara gəlmişik.
Mənbə:> ANSPRESS