Olland qondarma “erməni soyqırımı”na gedir
Fransa prezidenti Fransua Olland aprelin 24-də İrəvanda keçiriləcək qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak edəcək.
Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Fransa XİN-nin rəsmi nümayəndəsi Romen Nadal bəyan edib.
“Respublika prezidenti “erməni soyqırımı” qurbanlarının xatirəsini anmaq üçün aprelin 24-də İrəvana gedəcək”, - Nadal brifinqdə deyib.
Mənbə:> Oxu.Az