Roma Papası “erməni soyqırımı”nın 100 illiyinə gəlməkdən imtina etdi
Roma Papası Fransisk qondarma "erməni soyqırımı”nın “100-cü ildönümü” ilə əlaqədar Ermənistana getməyəcək.
AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata əsasən, bunu Eçmiədzin kilsəsinin Dinlərarası münasibətlər şöbəsinin direktoru yepiskop Ovakim Manukyan deyib.
Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər edəcək:
“Papa şübhəsiz ki, Ermənistana səfər edəcək, ancaq apreldə deyil, 2016-cı ildə. Onu aprelin 24-nə dəvət etməyimizlə bağlı məlumatlar doğru deyil”.
Mənbə:> Trend