Ollandın düşmən addımı
Fransa prezidenti Fransua Olland ermənilərin uydurma soyqırım əhvalatını dəstəkləmək üçün aprelin 24-də İrəvana gələcək.
ANS PRESS-in məlumatına görə, bu barədə o, Parisdə erməni təşkilatlarının kordinasiya şurasının keçirdiyi axşam yeməyində deyib.
Fransa heç bir tarixi sənədə əsaslanmadan ermənilərin “soyqırım” iddialarını dəstəkləyir. Əslində, ermənilər “soyqırım” xülyasına İkinci Dünya müharibəsindən sonra düşüblər. Yəhudi soqırımının dünya tərəfindən dəstəklənməsi erməniləri də iştahlandırıb və onlar uydurma sənədlərlə Türkiyədən təzminat almağa çalışırlar. Fransa isə bundan Türkiyəni Avropa Birliyinə buraxmamaq üçün istifadə edir.
Bütün tarixi sənədlər göstərir ki, 19 aprel - 6 may 1915-ci il tarixində Osmanlı imperiyasının Van paşalığında baş vermiş hadisələrin əsas günahkarı ermənilər olub. Həmin vaxt vilayətin əhalisinin 26 faizini ermənilər təşkil edib. Onların Van şəhərində payı nisbətən çox olub və 40 faiz ətrafında dəyişib. Həmin günlərdə Rusiya imperiyası Osmanlıya hücum edib və rus ordusu Bayazit qalasını aldıqdan sonra Vana doğru hərəkət edib. Ermənilər bundan istifadə etmək istəyiblər və 40 minə yaxın silahlı erməni Vana toplaşaraq şəhərdəki türkləri qətlə yetiriblər. Müxtəlif mənbələr 20 minə yaxın türkün öldürüldüyünü bildirir. Şəhər rusların əlinə keçdi, daha sonra Osmanlı yenidən şəhəri qaytardı və avqust ayına qədər şəhər əldən-ələ keçdi. Həmin günlərdə 9 minə yaxın erməni üsyançısı da öldürüldü. Osmanlı imperiyası dinc erməni əhalini döyüş bölgəsindən Aralıq dənizi sahillərinə köçürüb. Yolda erməni köçləri kürd tayfaları tərəfindən qarət edilib, erməni qızları qaçırılıb. Erməni mənbələr köç zamanı 800 minə yaxın adamın öldürüldüyünü və ya qaçırıldığını iddia edirlər.
Mənbə:> ANSPRESS