Hakimiyyət “Meydan” TV-yə “yaşıl işıq” yandırdı
Mayın 7-də Baş Prokurorluq "Meydan" TV ilə əməkdaşlıq edən daha üç jurnalistin - Aytən Ələkbərova (Fərhadova), Aytac Əhmədova və Tural Əsədlinin xaricə çıxışına məhdidiyyəti götürüb.
Turan-ın məlumatına görə, bu barədə jurnalistlərə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəisi Eldar Əhmədov məlumat verib və müvafiq bildirişi onlara təqdim edib.
İdarədə bildiriblər ki, "Meydan" TV ilə əməkdaşlıq edən bütün jurnalistlərin üzərindən məhdudiyyət mayın 11-dək götürüləcək.
Bundan öncə jurnalistlər İzolda Ağayeva, Səlimə Cəlilova, Natiq Cavadlı və yazıçı Rasim Qaracanın üzərindən qadağa götürülüb.
Mənbə:> Virtualaz.org