Rusiya Türkiyə üçün yaşıl işıq yandırdı
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artmasının əleyhdarı deyil.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov söyləyib. Onun sözlərinə görə, Rusiya həmçinin bundan əvvəlki daimi nümayəndələrin veto hüququnun saxlanılmasını istəyir. O, bunun üçün yeni sxem hazırlanmalı olduğunu bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. Hazırda daimi üzvlüyə daha bir neçə dövlət iddia edir. Onların sırasında Yaponiya və Türkiyə xüsusi aktivlikləri ilə seçilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə dəfələrlə BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə türk və islam dünyasından heç kimin təmsil olunmadığını bildirib.
Mənbə:> Axar.az