Putin Təhlükəsizlik Şurasını təcili topladı – Qırıcı qalmaqalı
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplanması ilə bağlı tapşırıq verib.
Axar.az xəbər verir ki, buna səbəb Suriyada Türkiyə Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus döyüş təyyarəsinin vurulması olub.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sİlahlı Qüvvələrin Baş qərargah rəisi Hulusi Akardan hadisə ilə bağlı məlumat alıb. President Administrasiyasından verilən məlumata görə, Ərdoğan Baş nazir Əhməd Davudoğlu ilə görüşəcək.
Mənbə:> Axar.az