Türkiyə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırdı
Türkiyə Suriyadakı Bayırbucak türkmanlarına qarşı hücumları BMT Təhlükəsizlik Şurasının gündəliyinə çıxarır.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyə hökumətindəki mənbələr Bayırbucak türkmanlarına qarşı hücumların müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırıldığını bildirib.
Həm Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, həm də Baş qərargah başçısı general Hulusi Akar ilə daim əlaqə saxlayan baş nazir Əhməd Davudoğlunun xarici işlər naziri Feridun Sinirlioğluna məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi üçün lazımi təlimatlar verib.
Mənbələrin sözlərinə görə, baş nazir Əhməd Davudoğlu məsələnin kəşfiyyat hissəsini Baş qərargah başçısı və MİT rəhbəri ilə müzakirə edib. Xarici işlər naziri Feridun Sinirlioğlu və ABŞ dövlət katibi Con Kerri arasında isə türkmanlara qarşı hücumlarla bağlı fikir mübadiləsi olub.
Mənbə:> Publika.az