Ordu generalı Bakıda
Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Azərbaycana gəlib.
ANS PRESS-in məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Federasiyası Təhlükəsizlik şurasının mətbuat xidmətindən bildirilib.
Təhlükəsizlik şurasından verilən məlumata görə, N. Patruşev Bakıda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə və milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq.
Görüşlər zamanı regional və beynəlxalq təhlükəsizlik mövzularına toxunulacaq və bir sıra məsələlər geniş müzakirə olunacaq.
Bununla yanaşı, Rusiya Təhlükəsizlik şurasının katibinin Bakıda yaşayan Böyük Vətən Müharibəsinin veteranlarıyla görüşü də planlaşdırılır.
Mənbə:> ANSPRESS