Türkiyədə təhlükəsizlik sahəsində problem var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial

Türkiyədə təhlükəsizlik sahəsində problem var

Türkiyədə təhlükəsizlik sahəsində problem var


Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ Türkiyədə kəşfiyyat və təhlükəsizlik sahəsində problemlərin olduğunu deyib.

Başbuğ Edirnə vilayətində yeni yazdığı “İttihamlara qarşı həqiqətlər” adlı kitabını təqdim edib. Təqdimat mərasimində çıxışı zamanı sabiq ordu generalı hazırda ölkəsində yaşanan hadisələrə münasibət bildirib.

“Türkiyə seçkilər ərəfəsindədir. Seçkilər demokratik ölkədə bayram kimi qeyd olunmalıdır. Sanki, kimsə bu ərəfədə ölkədə xaos yaratmağa çalışır. Bu hadisələr bizi məyus edir. Keçən həftə ərzində ölkədə yaşanan hadisələrlə əlaqədər mən də böyük narahatlıq içindəyəm”.

Başbuğ iyunun 7-sində ölkədə keçiriləcək ümumi seçkilərdə vətəndaşları vicdanlı seçim etməyə çağırıb.

Xatırladaq ki, Başbuğ 2012-ci ildə terror təşkilatı yaratmaqda və dövlət çevrilişinə cəhddə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmişdi. 2 il 2 ay həbsdə qaldıqdan sonra ona qarşı səsləndirilən ittihamlar ləğv olundu və Başbuğ azad edildi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *