Türkiyədə satirik jurnala qarşı terror hədəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Media

Türkiyədə satirik jurnala qarşı terror hədəsi

Türkiyədə satirik jurnala qarşı terror hədəsi


Fransada əsən terror dalğasının bənzəri Türkiyədə də yaşana bilər. ANS PRESS-in məlumatına görə, bir qrup sosial şəbəkə istifadəçiləri ölkədə fəaliyyət göstərən "Leman" satirik jurnalının redaksiyasına hücum edilməsinə dair çağırışlar ediblər.

Həftədə bir dəfə nəşr olunan "Leman" jurnalı tez-tez yerli və beynəlxalq aləmdə siyasi xadimlərin karikaturalarını çəkib yayımlayır. Bu isə, Türkiyədə bəzi siyasi təşkilatların qəzəbinə səbəb olub. Qəzetin baş redaktoru Zəfər Aknar redaksiyaya qarşı yaranmış nifrətdən çəkindiklərini bildirib.

“Onların (Parisdə ölənlərin) ruhuna xəyanət etməməliyik. Düşüncələrimizi yenə ifadə etməliyik. Biz hədələrdən qorxmuruq. Bu hədələr fikirlərimizi açıq ifadə etmək üçün heç bir əngəl yaratmır”.

Sosial şəbəkə istifadəçiləri növbəti hədəfin "Leman" jurnalı olduğunu göstərərək qəzet rəhbərliyini hədələyiblər.

Türkiyənin İstanbul şəhərində bir qrup fəal Parisdə törədilən terror qurbanlarının xatirəsini yad ediblər. Fəallar beynəlxalq ictimaiyyəti azad fikir naminə bu cür zorakılıqlara qarşı çıxmağa səsləyiblər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *