Futbol azarkeşləri dövlət çevrilişinə cəhddə təqsirləndirilib
Türkiyədə məhkəmə bu dəfə futbol azarkeşlərini dövlət çevrilişi etməkdə təqsirləndirib. Ötən gün İstanbul məhkəməsi “Gəzi Parkı” hadisələri ilə əlaqədar saxlanılan Beşiktaş futbol klubu azarkeşlərinin işinə baxıb. 35 nəfərdən ibarət “Çarşı” qrupu ötən ilin may aylarında parkın sökülməsindən sonra baş qaldıran etiraz aksiyaları zamanı İstanbul və Ankarada hökumət binalarını tutmağa cəhddə ittiham olunurlar. Dövlət ittihamçısı azarkeşlərə ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edib.
Məhkəmə prosesi Beşiktaş azarkeşlərinin etiraz aksiyaları fonunda keçib. Bir neçə müxalif partiya liderləri də daxil olmaqla aksiyaya yüzlərlə insan qatılıb. Fəallar azarkeşlərə qarşı səsləndirilən ittihamların əsassız olduğunu bildiriblər.
İstanbul məhkəməsinə qarşı beynəlxalq insan haqları müdafiəçiləri də qoşulub.
Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan vətən xainlərinin öz cəzalarına çatacaqlarını bildirib.
Gəzi Parkında ağacların kəsilməsi ilə başlayan etiraz aksiyaları bir qədər sonra polislə qarşıdurmalar çevrilmiş, nəticədə 1 polis olmaqla 6 nəfər öldürülmüşdü.
Mənbə:> ANSPRESS