Avropada etiraz aksiyası
Avropada miqrantlara qarşı etiraz aksiyaları baş tutub.
ANS PRESS-in məlumatına görə, İtaliya və Almaniyada ultra-mühafizəkar fəalların iştirakı ilə yürüşlər keçirilib.
İtaliyanın paytaxtı Romada aksiyaçılar miqrantları cinayətlər törətməkdə ittiham ediblər. Kazapaund hərəkatının lideri Simone di Stefano baş nazir Matteo Renzni İtaliya vətəndaşlarından daha çox miqrantların qayğısına qalmaqda günahlandırıb.
Simone di Stefano: “Ölkədə işsizlik artıb, uşaq bağçalarına yerləşdirilən miqrantların əlində tərpənmək mümkün deyil. Hökumət yoxdur. Hökumət təkcə miqrantları xilas edəndə özünü göstərir. İnsanlar bu vəziyyətə artıq səbr göstərə bilmirlər”
Almaniyanın paytaxtı Berlində də oxşar aksiyalar baş tutub. Əsasən, neo-nasist qruplar şəhərin şimal hissəsində qaşqın və köçkünlər üçün nəzərdə tutlan düşərgənin tikilməsinə qarşı çıxıblar. Fəallar “Oyan, Almaniya”, “Şikayət etməkdənsə, tədbir gör”, “Biz Almaniyanın qalxanları və qılınclarıyıq” şüarları ilə çıxış ediblər.
Mənbə:> ANSPRESS