Tayvanda genişmiqyaslı seçkilər keçirilir
Tayvanda ölkə tarixində ən genişmiqyaslı seçkilər keçirilir. Ümumi seçkilərdə 20 minə yaxın namizəd dövlət səviyyəsində 11 min vəzifə uğrunda mübarizə aparacaq.
Əksər müşahidəçilər bu seçkiləri Tayvan prezidenti Ma İnçzyu-nun və hakim «Qomindan» partiyasının Çinə nəzərən siyasəti ilə bağlı referendum kimi qiymətləndirirlər. Tənqidçilərin fikrincə, Tayvanın hakim partiyası Pekinlə həddindən artıq yaxındır və onun siyasəti Tayvanı iqtisadi baxımdan Çindən həddindən artıq asılı edir.
Mənbə:> ANSPRESS