75 il azadlıqdan məhrum edildi

Kanada məhkəməsi 3 atlı polisin ölümündə günühkar hesab etdiyi caniyə 75 il azadlıqdan məhrum olunma hökmü verib.
ANS PRESS-in məlumatına görə, dinləmələr zamanı müəyyən olunub ki, bu ilin iyun ayında Castin Bork adlı silahlı vətəndaş Nyu-Bransuik əyalətinin Monkton şəhərində çaxnaşma yaradaraq polislə atışmağa başlayıb. Bu zaman o 3 polisi öldürərək, ikisini də yaralayıb.
Hakim hadisəni Kanada tarixində ən pis cinayətlərdən biri kimi qələmə verib. Buna uyğun olaraq verilən hökm ölkədə 1962-ci ildə ölüm hökmü ləğvediləndəndən bu yana ən ağır cəza kimi də tarixə düşüb.
Mənbə: ANSPRESS