Zakir Həsənov ordu generalı ilə görüşəcək
Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.
ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.
Mənbə:> ANSPRESS