Zakir Həsənov təlimləri izlədi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Foto

Zakir Həsənov təlimləri izlədi – FOTO

Zakir Həsənov təlimləri izlədi


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün noyabrın 13-də başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbərliyi Hərbi Dəniz Qüvvələrində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov nazirliyin rəhbərliyini qarşılayaraq təlimlərin ssenarisinə əsasən keçiriləcək mərhələlər, görülən işlər haqqında məruzə edib.

Müdafiə naziri təlimlərə cəlb edilən gəmilərin şəxsi heyəti ilə görüşüb, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb, hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, eyni zamanda təlimlərin ssenarisinə uyğun tapşırıqların yerinə yetirilməsini izləyib.

Şəxsi heyət qarşısında çıxış edən Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

Sonda gəmilər açıq dənizə çıxış tapşırıqlarını icra ediblər.

Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq gəmiləri cəlb edilib.

Üç mərhələdə həyata keçiriləcək təlimlər noyabrın 17-dək davam edəcək.

Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi
Zakir Həsənov təlimləri izlədi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *