Merkel Ərdoğan və Davudoğlu ilə görüşdü
Türkiyədə səfərdə olan Almaniya kansleri Angela Merkel bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb.
"Anadolu" agentliyinin verdiyi xəbərə görə, görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti qeyd edib ki, əsas müzakirə mövzusu terrora qarşı mübarizə olub: "Önəmli müzakirələrdən biri də qaçqınların Türkiyədəki durumu və Qərbə axını ilə bağlı oldu”.
Ərdoğan görüşdə “terror təşkilatlarına qarşı birgə hərəkət etməyin lazımlılığı” barədə də danışdıqlarını qeyd edib.
Merkel də öz növbəsində Türkiyənin bu günə qədər 2 milyondan artıq qaçqın qəbul etdiyini xatırladıb. O deyib ki, qaçqın axınının artacağını, bu axının Türkiyə üzərindən Avropa Birliyinə də yönələcəyini görmək mümkündü: “Bu məsələdə Türkiyənin yükünü mütləq birlikdə üstlənməyin lazım olduğunu qeyd edirik”.
Angela Merkel baş nazir Əhməd Davudoğlu ilə də bir saat 15 dəqiqə sürən təkbətək görüş keçirib
Mənbə:> APA