Merkel: Biz hamını qəbul edə bilməyəcəyik
Almaniya kansleri Angela Merkel bildirib ki, hökumət ölkəyə gəlmək istəyən şəxslərin hamısına sığınacaq verə bilməyəcək.
Merhkel qeyd edib ki, hazırkı miqrant axını “Avropanın möhkəmliyini sınaqdan keçirir”. Kansler ənənəvi həftəlik video müraciətində Avropanın bu qlobal böhranın həll edilməsinə səy göstərməlidir. “Avropa üçün bu, ilk növbədə, o deməkdir ki, biz miqrasiya proseslərinin lazımi qaydada cərəyan etməsinə nail olmaq üçün birlikdə sərhədləri qorumalıyıq”, deyə Merkel qeyd edib.
Almaniya kansleri qeyd edib ki, hökumət ölkəyə yalnız maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə gəlməyə cəhd göstərən miqrantlara imtina ediləcəyi barədə dəqiq siqnal göndərməlidir. Bununla belə, müharibədən qorunmaqda köməyə həqiqətən ehtiyacı olanlara sığınacaq veriləcək: “Biz bunu daha qətiyyətlə bəyan etməliyik”, deyə Merkel qeyd edib.
Mənbə:> APA