Merkel Putinlə danışıqlara şübhə edir
Almaniya kansleri Angela Merkel Moskvada Ukraynadakı münaqişənin həlli yönündə aparılan danışıqların səmərə verəcəyinə əmin deyil.
ANS PRESS-in məlumatına görə, Fransa, Almaniya və Rusiya münaqişənin həlli ilə bağlı mümkün sənəd üzərində işlədiklərini onun bu gün tamamlanacağını bəyan eidblər.
"Hərçənd mənim və Fransa prezidentinin fikrincə, bu danışıqları aparmağa dəyərdi. Ən azı, bu bizim Ukraynadakı münaqişədən əziyyət çəkən insanlar qarşısında borcumuz idi", - deyə Merkel Münhen Təhlükəsizlik Konfransında bildirib.
Ukrayna prezidenti Pyotr Poroşenko Münhendə bəyan edib ki, Almaniya və Fransa liderlərinin təklifləri səmərə verə bilər.
Mənbə:> ANSPRESS