Merkel Putini təhqir etdi
Almaniya kansleri Angela Merkel Rusiyanı Krımı ilhaq etdiyinə görə kəskin sürətdə tənqid edib.
ANS PRESS-in məlumatına görə, Moskvada mətbuat-konfransında çıxış edən zaman, Putinlə yanaşı duran Merkel deyib ki, Moskvanın hərəkətləri Rusiya ilə Qərb arasında münasibətləri "geriyə atıb".
"Beynəlxalq qanunvericiliyi pozan Krımın cinayətkacasına ilhaqı və Ukraynanın şərqində silahlı münaqişə ölkələrimiz arasında münasibətlərə ciddi zərbə vurub"- deyə kansler bildirib.
Angela Merkel əlavə edib ki, mürəkkəbliyindən asılı olmayaraq tarix münaqişələri sülh yolu ilə, dialoq vasitəsilə həll etməyi öyrədir.
Qeyd edək ki, Angela Merkel Moskvaya Rusiyada qeyd olunan Qələbə gününun 70 illiyilə bağlı tədbirlərdə iştirak etmək üçün gəlib.
Mənbə:> ANSPRESS