Merkel Ankaraya səfər edəcək
Ölkəsinin qapılarını qaçqınlara bağladığı üçün ictimai qınaqla qarşı-qarşıya qalan Almaniya kansleri Türkiyədə gərgin günlərin yaşandığı bir dönəmdə qaçqın böhranını danışmaq üçün bazar günü Ankaraya gedir.
Bu barədə məlumat Tükiyə mətbuatında yer alıb.
Almaniya kansleri Angela Merkel Suriyada baş verən daxili savaşın ardından Avropadakı qaçqın böhranı ilə bağlı Türkiyəyə səfər edəcək.
Merkel Ankarada Prezident Ərdoğan və baş nazir Davudoğlu ilə görüşəcək.
Almaniya hökumət sözcüsü Steffen Seibert səfərin gündəmində Suriyadakı qarşıdurmalar, qaçqın böhranı və terrorla mübarizə mövzularının olduğunu açıqlayıb.
Mənbə:> Musavat.com