ABŞ: “Belə davam edə bilməz”
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer Şimali Koreyanın ballistik raket sınağına münasibət bildirib.
Axar.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısından sonra jurnalistlərə açıqlama verən Vaşinqton rəsmisi Şimali Koreyaya ciddi təzyiq ediləcəyini açıqlayıb.
“Dünya birliyi Şimali Koreyanın təhlükəli addımlarına cavab verəcək. Bu, belə davam edə bilməz”, - xanım Pauer qeyd edib.
Mənbə:> Axar.az