Dünya savaşının ilk raketi
Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz əlaməti olaraq, iki yaxınmənzilli ballistik raket buraxıb. Raketlərin uçuş radiusu təxminən 490 kilometr olub.
ANS PRESS-in məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər Şimali Koreyanın Nampxo şəhərindən Koreya yarımadasının şərqinə doğru atılıb.
Yapon dənizinə düşən ballistik raketlərlə əlaqədar Yaponiya hökuməti də etirazını bildirib. Yaponiya rəsmilərinin məlumatına görə, raketlər Yaponiyanın ərazi sularına yaxın bölgəyə düşüb.
Rəsmi Seul və Vaşinqtonun birgə təlimlərində 10 minlərlə hərbi qulluqçu iştirak edir. Şimali Koreya hökuməti bu təlimlərə qarşı öz etirazını bildirərək bunu "işğal məşqi" adlandırır.
Mənbə:> ANSPRESS