Koreya Yaponiyadan qisas alacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Koreya Yaponiyadan qisas alacaq

Koreya Yaponiyadan qisas alacaq


Şimali Koreya BMT-nin bu ölkədəki insan haqqları ilə əlaqədar qətnaməsinə “görünməmiş ən sərt tədbirlər”lə cavab verəcəyinə söz verib.

ANS PRESS-in məlumatına görə, bu barədə verilmiş bəyanatda qətnaməni hazırlayan Yaponiyanın “qisasdan heç bir vəchlə xilas ola bilməyəcəyi” vurğulanıb.

BMT Baş Assambleyasının 3-cü komitəsi 19 noyabrda bu beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasına təklif edib ki, Şimali Koreyanın insanlığa qarşı cinayətlərini əks etdirən sənədlər beynəlxalq Haaqa məhkəməsinə verilsin. Həmçinin ölkədə insan haqlarının pozuanlara qarşı ünvanlı sanksiyalar tətbiq edilsin.

AB və Yaponiyanın hazırladığı müvafiq qətnaməyə BMT-nin 111 üzv ölkəsi səs verib. Rusiya, Belarus, Çin, Kuba və Suriya başda olmaqla 19 ölkə sənədə “yox” deyib. 55 ölkə isə bitərəf qalıb.

Daha əvvəl Pxenyan qəbul edilən qətnaməni qəti şəkildə rədd etdiyini və ona qarşı Yaponiya ilə bu sənədi hazırlayan AB ilə dialoqu mənasız saydığını bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *