Çin ABŞ və Koreyanın raket qərarı ilə razılaşmadı

Çinin Xarici İşlər Nazirliyi Koreya yarımadasına THAAD raket əleyhinə müdafiə kompleksinin yerləşdirilməsi ilə bağlı qərara münasibət bildirib.
Axar.az xəbər verir ki, Çin hökuməti açıqlamasında raket kompleksinin yerləşdirilməsi ilə bağlı qərardan ciddi narahatçılıq keçirdiyini bəyan edib.
Rəsmi Pekin açıq şəkildə bəyan edib ki, ABŞ hərbi sistemlərinin Koreya yarımadasında yerləşdirilməsinin əleyhinədir.
Qeyd edək ki, daha öncə Cənubi Koreya Pekin və Moskvaya ABŞ-ın THAAD raket əleyhinə müdafiə kompleksinin yerləşdirilməsi ilə bağlı qərar barədə məlumat vermişdi.
Mənbə: Axar.az