Kim Çen Indan dünyanı qorxudan sözlər
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni ballistik raket sınağı keçirib.
ANS PRESS-in məlumatına görə, xəbəri Koreya Mərkəzi teleqraf agentliyi yayıb.
Məlumatda qeyd edilir ki, yeni raket sualtı qayıqdan buraxılıb və Kim Çen Inın şəxsi təklifi ilə hazırlanıb.
“Ballistik raketin su altından işə salınması dünyanın süni peykinin işə salınması qədər vacib önəm daşıyır”- deyə KXDR başçısı Kim Çen In bildirib. O, əlavə edib ki, raket istənilən sularda düşmən hədəfini vura bilər.
Eləcə də Kim Çen In Koreya əmək partiyası Mərkəzi Komitəsi adından bu hədiyyəyə görə bütün məmurlara, alimlərə, texnik və işçilərə minnətdarlığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın yeni ballistik raket hazırlaması barədə xəbərlər yayılmışdı.
Mənbə:> ANSPRESS