Rəsmi Pxenyan: “Biz İran deyilik” – VİDEO+FOTO
Şimali Koreya uzun mənzilli raketi sınaqdan keçirməyə hazırlaşır.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri Cənubi Koreyanın “Yonhap” agentliyi yayıb.
“Yonhap” xəbər agentliyi adının açıqlanmasını istəməyən Cənubi Koreya rəsmisinə istinadən xəbər verib ki, Şimali Koreya Çin sərhəddi yaxınlığında yerləşən Sahae raket bazasının təkmilləşdirilməsi prosesini başa çatdırıb. Baza daxilində 2012-ci ilin dekabr ayında fəzaya peyk çıxaran Unha -3 raketindən iki dəfə böyük raketin atılması üçün 67 metr hündürlyünüdə qüllə inşa edilib.
Şimali Koreyada raket bazasının casus təyyarələrindən alınan fotoları
Cənubi Koreyanın rəsmi nümayəndəsi bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Şimali Koreya lideri Kim Çen İn Xalq Partiyasının oktyabr ayında 70-ci ildönümü münasibətilə uzun mənzilli raketin sınaqdan keçirilməsi haqda sərəncam verib.
Yonhap xəbər agentliyi başqa bir rəsmi nümayəndəyə istinadən xəbər verib ki, Cənubi Koreya hökuməti Pxenyan yaxınlığındakı hərbi zavodda uzun mənzilli raket istehsal edildiyinə dair işarələrin olduğunu qeydə alıb.
Bundan əvvəl xəbər yayılmışdı ki, Cənubi Koreya ilk dəfə olaraq regionda təhlükəsizlik barədə beynəlxalq sammitə Şimali Koreyadan da nümayəndələrin qatılması üçün dəvət göndərib. Şimali Korüya isə öz növbəsində “Biz İran deyilik” mesajını verərək, sammitdə iştrak etməkdən imtina edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket texnologiyalarını sınaqdan keçirməsinə qadağa qoyub.
Mənbə:> ANSPRESS