Kim yenə dünyanı aldatdı
"Şimali Koreya rəhbərliyinin yeni kompleks atom bombası yaratması barədə xəbərlər yalandır, Pxenyan tərəfindən irəli sürülən şəkillər isə saxtadır".
ANS PRESS-in məlumatına görə, belə bir iddianı Amerikanın hərbi ekspertləri irəli sürüblər.
Xatırladaq ki. bundan əvvəl 9 may tarixində Şimali Koreya dənizdə bazalaşdırılmış strateji raketlərin uğurlu sınaqları barədə xəbər yaymışdı. Raket sualtı qayıqdan atılmışdı.
Lakin Pentaqondan jurnalistlərə bildirilmişdi ki, Şimali Koreya alimləri bu tip raket yaratmaq üçün hələ çox çalışmalıdır. Bu sınaqlar barədə də yayılan fotolar saxta idi.
Mənbə:> ANSPRESS