Ukrayna BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Ukrayna 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.
Oxu.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində TŞ masası arxasında həmçinin Yaponiya, Misir, Seneqal və Uruqvay kimi dövlətlər də əyləşəcəklər.
Qeyd edək ki, Şuranın qeyri-daimi üzvlərinin yerləri beş regional qrup arasında bölüşdürülür: , Qərbi Avropa, Afrika, Asiya-Sakit okean regionu, Şərqi Avropa və Latın Amerikası ölkələri.
Bu il TŞ masası arxasında əyləşmək uğrunda mübarizə gözlənilmirdi. Çünki beş yer uğrunda cəmi beş ölkənin namizədliyi nəzərdən keçirilirdi.
Mənbə:> Oxu.Az