İran ÜTT-yə daxil olur
İran “altılıq” ilə (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) razılıq əldə edildikdən sonra ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) daxil olmaq üçün hazırlıqlara başlayır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Vyanada İran İslam Respublikası və Avropa İttifaqı arasında investisiya və ticarət üzrə konfransda sənaye, şaxta və ticarət naziri Məhəmməd Nemətzadə bildirib.
Onun sözlərinə görə, İslam Respublikası Avropa İttifaqı ilə ticarətdə və Mərkəzi Asiya ölkələri ilə ticarətdə əlverişli şəraitin yaradılmasında maraqlıdır.
“İran ÜTT-yə daxil olmağa hazırlaşır və bu yolda bir siyasi maneə artıq geridə qalıb”, - o deyib.
Onun sözlərinə əsasən, Tehran Aİ və Mərkəzi Asiya ölkələri ilə ticarətdə əlverişli şəraitin yaradılmasında maraqlıdır.
O həmçinin qeyd edib ki, son onillikdə İran bazarı ciddi dəyişikliklərə məruz qalıb. Onun sözlərinə görə, Tehran artıq ərzaq və maşınların birtərəfli idxalında maraqlı deyil.
“Biz istehsalatda, maşınqayırmada, hasilatda və digər sahələrdə maraqlıyıq. Belə müştərək investisiyalar yalnız İranın daxili bazarına deyil, eləcə də 300 milyon nəfər əhalisi olan regional bazara da toxuna bilər” - nazir bildirib.
Mənbə:> Oxu.Az