İran bazara 40 milyon barel neft çıxara bilər
İran dənizdəki tankerlərdə 40 milyon barel neft ehtiyatı yığıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, İranın 40 milyon barel nefti Avropa ölkələri ilə nüvə proqramı üzrə əldə edilən son qərardan yəni, iyunun 30-dan sonra bazara çıxaracağı planlaşdırılır.
Qeyd edək ki, Broken pote & Partners şirkəti mətbuata son açıqlamasında bildirmişdi ki,İran neft ehtiyatını saxlamaq üçün 17 VLCC tankerini istifadə etməyə başlayıb.
Xatırladaq ki, 2014-cü ildə isə 12-14 tankerdə İran 25 milyon barel neft ehtiyatı saxlamışdı.
"İran neftinin təxminən 38 milyon bareli, üzən anbarlarda mühafizə edilir. Beləliklə, sürətli bir şəkildə bazara neft çıxarıla bilər deyə”, yerli mənbələrdən biri qeyd edib.
Məlumat üçün bildirək ki, yerli ekspertlər də bildirdi ki, İran faktiki olaraq bazara nefti 2015-ci ilin ikinci yarısından buraxa biləcək. Bu halda neftin qiymətinin 50-55 dollar arasında olacağı proqnozlaşdırılmışdı.
Qeyd etdiyimiz kimi, iyunun 30-da İran ilə Avropa ölkələri arasında nüvə proqramı üzrə son qərar qəbul olunmalıdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli