Emin Milli “Meydan.TV”-dən gedir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Media

Emin Milli “Meydan.TV”-dən gedir

Emin Milli “Meydan.TV”-dən gedir

Berlində mənzillənmiş və Azərbaycana qarşı təbliğat aparan “Meydan.TV” internet televiziyasının rəhbəri Emin Milli kanalın rəhbərliyini tərk edib ABŞ-a getməyə hazırlaşır. Bu barədə virtualaz.org-a “Meydan.TV”-yə yaxın mənbələrdən deyiblər.

Emin Milli “Meydan.TV”-dən gedir


Mənbələr deyirlər ki, Emin Milli yaxın 2-3 ay ərzində birdəfəlik yaşamaq üçün Almaniyadan ABŞ-a köçməyə hazırlaşır. O, “Meydan.TV”ni təhvil vermək üçün mühacirət müxalifətinin bəzi fəalları ilə danışıqlar aparır. Məlumata görə Emin Milli hazırda ABŞ-da yaşayan Adnan Hacızadə və “Nida” hərəkatının keçmiş üzvü Etibar Salamlı (o da ABŞ-da yaşayır), habelə Türkiyədə yaşayan jurnalist Arzu Qeybulla (bir vaxtlar Türkiyədə nəşr olunan erməni qəzeti “Agos”da işləyib) bu məsələ barədə danışıqlar aparıb. Amma onların heç biri “Meydan.TV”yə rəhbərlik etməyi üzərlərinə götürmək istəməyiblər.

Emin Millinin “Meydan.TV”-dən uzaqlaşıb ABŞ-a köçmək planlarının Priston Universitetində təhsilini davam etdirmək və bu ölkədə biznes qurmaq niyyətləri ilə əlaqəli olduğu bildirilir.

Emin Milli “Meydan.TV”-dən gedir


Digər mənbə isə deyir ki, son vaxtlar Emin Millinin müxtəlif şəxslərə müraciət edərək onlardan hətta 100-200 dollar ianə istəməsi halları artıb. O, pul istədiyi adamlara “Meydan.TV”nin maliyyə vəziyyətinin kəskin pisləşdiyini deyir. Amma bu, şübhə doğurur və Millinin xırda məbləğlərdən ibarət ianələri əslində nə üçün topladığı qaranlıq qalır.

Məlumatlara görə Azərbaycandan “Meydan.TV” ilə əməkdaşlıq edən reportyorlarla Emin Milli arasında tez-tez maliyyə məsələlərinə görə narazılıq baş verir. Milli reportyorların qonorarlarını maksimum azaltmağa meyllidir və bunu hər dəfə “maliyyə çətinlikləri” ilə əsaslandırmağa çalışır. Hansı ki, internet televiziyasının sanballı qrantlarla işlədiyi məlumdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *