Baş Prokurorluq: Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması xəbəri həqiqəti əks etdirmir
Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Mənbə:> Virtualaz.org