Ölkədən çıxışına qadağa qoyulan şəxslərin sayı artdı
Azərbaycandan çıxışına qadağa qoyulan şəxslərin sayı daha 29 nəfər artaraq 1129 nəfər olub.
Bu barədə Oxu.Az Vergilər nazirliyi tərəfindən açıqlanan yenilənmiş siyahıya istinadən xəbər verir.
Qeyd edək ki, bundan öncə Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə jurnalistlərə açıqlamasında bu rəqəmin 1100 nəfər olduğunu demişdi.
Yenilənmiş siyahı ilə aşağıdakı linkdən tanış olmaq olar:
http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
Mənbə:> Oxu.az