Azərbaycanda 824 nəfərin ölkədən çıxmasına – QADAĞA
Vergilər Nazirliyi vergi borcuna görə daha 39 nəfərin Azərbaycandan çıxmasına qadağa qoyub.
Oxu.Az bu barədə nazirliyə istinadən xəbər verir.
Bunlardan 15-i fiziki şəxslər, 24-ü isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 785-dən 824-ə çatıb. Onlardan 348-ü fiziki şəxs, 476 nəfəri isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
http://www.taxes.gov.az/uploads/vergiborcu/airFiziki.pdf
http://www.taxes.gov.az/uploads/vergiborcu/airHuquqi.pdf
Mənbə:> Oxu.az