100 nəfərin Azərbaycandan getməsinə qadağa qoyuldus » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

100 nəfərin Azərbaycandan getməsinə qadağa qoyuldus

100 nəfərin Azərbaycandan getməsinə qadağa qoyuldus


Vergilər Nazirliyi 32 nəfər Bakı sakininin Azərbaycandan getmək hüququnu müvəqqəti məhdudlaşdırıb.

Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.

Vergi borcunu ödəmədiyinə görə, ölkədən getmək hüququ məhdudlaşdırılanlar arasında rayon sakinləri də mövcuddur.

Belə ki, 22 nəfər Bərdə sakini, 8 nəfər Yevlax, 4 nəfər Salyan, 5 nəfər Şəki sakininin də ölkədən çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, nazirliyin bu tədbirləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında bəndinə müvafiq olaraq yerinə yetirilir.

“Cari ilin 01.04.2015-ci il tarixinə aşağıdakı borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək” - deyə, nazirliyin məlumatında deyilir.

Vergi borcunu ödəməyən şəxslərin siyahısı ilə buradan tanış olmaq olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *