Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və... » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və...

Rüstəm Həmidov respublika rəhbəri vəzifəsindən imtina etdi və...

Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının rəhbəri Rüstəm Həmidov bu gün istefa verərək, vəzifə səlahiyyətlərinin icrasını vaxtından əvvəl dayandırıb.

Bu barədə Həmidovun Başqırdıstan vətəndaşlarına ünvanladığı müraciətdə deyilir.

“Başqırdıstan Respublikasının başçısı vəzifəsində mənim işlərim yekunlaşır. İstefamı qəbul etməsi üçün Rusiya Federasiyasının prezidentinə müraciət göndərmişəm” - Həmidov bəyan edib.

Rüstəm Həmidov onu da bildirib ki, 2019-cu ildə Başqırdıstan Respublikasının rəhbəri postuna keçiriləcək seçkilərdə iştirak etməyəcək. Həmçinin vurğulayıb ki, Rusiya regionlarının rəhbərləri artıq kifayət qədər yaşa dolduqda səlahiyyətlərini təhvil vermək haqqında vaxtında qərar qəbul edərək ləyaqətli bir şəkildə vəzifədən getməlidirlər:

“Nə yuxarıdan, nə də aşağıdan təzyiqlə üzləşmədən, ya da fövqəladə hallar səbəbiylə deyil, düşünülmüş və mübahisəsiz şəkildə vəzifədən getməlidirlər”.

Qeyd edək ki, 64 yaşlı Həmidov 2010-cu ildən bəri Başqırdıstana rəhbərlik edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *