Hacı İbrahimin şirkəti nazirliyi məhkəməyə verdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Hacı İbrahimin şirkəti nazirliyi məhkəməyə verdi

Hacı İbrahimin şirkəti nazirliyi məhkəməyə verdi


Tanınmış iş adamı, “Xəzər adaları” layihəsini həyata keçirən Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserni Azərbaycanın Vergilər Nazirliyini və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.

Oxu.Az Azərbaycan Ali Məhkəməsinin saytına istinadən xəbər verir ki, vergi borcunun ləğv edilməsi barədə iddia ilk dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırılsa da, hakim Rüstəm Kərimli iddianı təmin etməyib.

Daha sonra iddiaçı tərəf Bakı Apellyasiya məhkəməsinə müraciət edib. Bu dəfə hakim Həmid Həmidov qəbul edilmiş aktı qismən ləğv edərək, yeni qərar qəbul edib.

Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *