Hacı İbrahimin holdinqi bağlandı, layihələri dayandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Hacı İbrahimin holdinqi bağlandı, layihələri dayandırıldı

Hacı İbrahimin holdinqi bağlandı, layihələri dayandırıldı



Bu barədə publika.az-a Hacı İbrahim Nehrəmlinin köməkçisi məlumat verib.

Məlumatda qeyd olunur ki, iş adamı Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında “Avesta Concern”nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifəsinin icra etmək üçün şirkətə çağırılacaq.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *