Hacı İbrahim indi haradadır? » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Hacı İbrahim indi haradadır? – VİDEO

Hacı İbrahim indi haradadır?


Bir neçə gün bundan əvvəl Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə çağırılan Hacı İbrahim Nehrəmli barəsində bu gün başqa bir informasiya yayıldı.

Oliqarxların işində adı keçən iri sahibkarlardan biri Hacı İbrahim Nehrəmlinin gizli yolla ölkədən qaçarkən Gəncə aeroportunda saxlanıldığı xəbəri yayılıb. Məlumata görə, Hacı İbrahim dostunun şəxsi layneri ilə Türkiyəyə gedərkən saxlanılıb. Xəbəri ANS-ə Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu nə təsdiq, nə də təkzib edib.

Bu yerdə xatırladım ki, tamaşaçılar Hacı İbrahimi xüsusilə Xəzər dənizində tikmək istədiyi “Khazar İcelands” şəhərciyindən tanıyır. Məhz bu şəhərciyi tikmək üçün də o dövlətdən nə az, nə çox düz 78 milyon manat kredit götürüb.

Sahibkar Hacı İbrahim: "Qısa bir zamanda dövlətdən sərəncam aldım və hər bir kəsi inandırdım ki, bu layihənin tikintisini həyata keçirəcəm".

Bir neçə gün əvvəl oliqarxların işi məsələsində o da başqa borclu sahibkarlar kimi DİN-in Mütəşəkiil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb və dindirilib. Sonra isə sərbəst buraxılıb.

Mətbuatın yazdığına görə, onu borcunu qaytaracağı vədindən sonra sərbəst buraxsalar da, Hacı İbrahim borcu qaytarmaq haqda yox, ölkədən qaçmaq haqda düşünüb.

Çünki, Hacı İbrahimin sahibi olduğu “Avesta holdinq”in əslində “Bir həsir, bir Məmmədnəsir" olduğu deyilir. Məlumatlara görə, bu nəhəng binanı satışa çıxarsalar da, satış üçün sənədlərinin hazır olmadığı məlum olub.

Bu gün bu binada olduq. Amma suallarımıza cavab verəcək bir rəsmi şəxs tapmadıq. Binanın birinci mərtəbəsində qayğılı-qayğılı gəzişən mühafizə xidmətinin işçilərindən başqa. Onlar da Hacı İbrahimin həbsi və binanın satışa çıxarılması ilə bağlı heç nə eşitmədiklərini dedilər.

Xatırladaq ki, ötən həftədən başlayaraq Azərbaycanda kredit borcu olan bir neçə məşhur iş adamı həbs olunub. Onlardan bəziləri dindirildikdən sonra buraxılsa da, bir neçəsi barəsində həbs qətimkan tədbiri seçilib.

Onlar ümumilikdə Beynəlxalq Bank vasitəsilə dövlətdən 6 milyard manata yaxın vəsait alıb və geri qaytarmamaqda günahlandırılırlar.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *