Hacı İbrahim hələ də “Bandotdel”dədir
Lakin oliqarxların işi üzrə vəkillərdən virtualaz.org saytına daxil olan məlumata görə, bu xəbər düzgün deyil.
“Ən çox borcu olan şəxs Hacı İbrahimdir. Mənim müdafiə etdiyim şəxsin borcu Hacı İbrahimin borcundan azı 10 dəfə azdır, amma onu hələ buraxmayıblar. Əksinə, axtarış da aparıblar. Bu halda Hacı İbrahimi necə azad edə bilərlər? Ən azı saat 23:00-a qədər Hacı İbrahim hələ orada idi. Belə hadisələrdən sonra o təcridxanadan heç kimi buraxmırlar” - deyə vəkil bildirib.
Qeyd edək ki, “Avesta” konserninin prezidenti, mifik “Xəzər adaları” laiyihəsinin ideya müəllifi və rəhbəri Hacı İbrahim Nehrəmli DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən mayın 13-də həbs olunub.
Mənbə:> Virtualaz.org