Hacı İbrahim Nehrəmli də saxlanıldı

Virtualaz.org-un əldə etdiyi məlumata görə iş adamı dünən Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Amma hüquq-mühafizə orqanları bu barədə şərh vermək istəmirlər.
Bununla belə, məlumatı Hacı İbrahimin layihəsi olan “Xəzər İsland”da çalışan məsul şəxslərdən biri təsdiqləyib. O, aznews.az-a bildirib ki, hər gün adalarda olan Hacı İbrahim bir neçə gündür ki, iş yerinə baş çəkmir: “Dünən axşam isə eşitdik ki, onu həbs ediblər”.
Mənbə: Virtualaz.org