Gömrükdə 3 rəis işdən çıxarıldı
AZXEBER.COM xəbər verir ki, DGK-dakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, vəzifəsini itirənlər Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarələrinin rəisləridir.
Burada ən maraqlı məqam işdən çıxarılan hər üç rəisin Naxçıvanın Nehrəm kəndindən olmasıdır (bu kəndin ən məşhur sakinlərindən biri olan iş adamı Hacı İbrahim Nehrəmli də bu gün saxlanılıb).
Aydın Əliyevin üç rayonun gömrük idarəsinin rəisini işdən azad etməsinin səbəbləri hələlik bilinmir.
Mənbə:> AZXEBER.COM