Nizami Piriyevin vəkili danışdı » AzNews.info -Xəbər portalı

Nizami Piriyevin vəkili danışdı – “O, ittihamları rədd edir”

Nizami Piriyevin vəkili danışdı


İki gün öncə Bakıda həbs olunan Nizami Piriyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) saxlanılır.

AzNews.info xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında oliqarxın vəkili Muxtar Mustafayev deyib.

Vəkilin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir.

Bununla belə M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib.

Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində “Bandotdel”in təcridxanasında saxlanılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *