Hacı İbrahim Nehrəmlinin ölkədən çıxmasına qadağa qoyulub
Mayın 13-də DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan iş adamı Hacı İbrahim Nehrəmlinin ölkədən çıxmasına qadağa qoyulub.
Bunu “bandotdel” əməkdaşları tərəfindən saxlanılması xəbərini APA-ya şərh edərkən oliqarx özü deyib.
“Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Beynəlxalq Bankdan 78 milyon manat kredit götürmüşdüm. Banka ödənişdə gecikmə oldu” deyə oliqarx bildirib.
O, əlavə edib ki, kredit borcunu mayın 19-dək bağlamalıdır.
Mənbə:> APA