Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Maraqlı, Foto

Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu – FOTO

Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu


Hacı İbrahim «Rolls Royce», «Bentley» və digər avtomobillərini dəyər-dəyməzinə satır.
Son günlər başı üzərində «qara buludlar dolaşan» tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb. Avtosfer.az-ın məlumatına görə, Hacı İbrahim bu məqsədlə rəhbəri olduğu «Avesta» şirkəti ilə yanaşı, bir çox əmlakını da satışa qoyub. Dünən Hacı İbrahimin özünün idarə etdiyi «Bentley» markalı avtomobilin Bakıdakı «Bentley» servisdə satışa qoyulduğunu görənlər olub. Əldə etdiyimiz məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb. Həmin avtomobillər arasında son model «Rolls Royce-Phantom» (1 milyon dollar), «Range Rover» (180 min), «Nissan Patrool» və digər model maşınlar da mövcuddur.

Qeyd edək ki, «Bentley» markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi «Bentley» sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib; təxminən 300 min dollar.

Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu
Nehrəmli oliqarx milyonluq avtomobilini satışa qoydu

Mənbə: AzadXeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *