Hacı İbrahim “Avesta”nı satışa çıxardı » AzNews.info -Xəbər portalı

Hacı İbrahim “Avesta”nı satışa çıxardı – FOTO

Hacı İbrahim “Avesta”nı satışa çıxardı


Beynəlxalq Bankdan götürdüyü küllü miqdarda krediti geri qaytarmayan iş adamı Hacı İbrahim Nehrəmli sahibi olduğu “Avesta” holdinqin binasını satır.

ANS PRESS-in məlumatına görə, bu barədə azvision.az-a iş adamının yaxın çevrəsindən məlumat verilib.

Adının mətbuatda çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Hacı İbrahim Bakıda hamının “milyarderlər məhəlləsi” kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və “Avesta” konserninin yerləşdiyi çoxmərtəbəli binanı satışa çıxarıb.

İş adamı sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib.

Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğu bildirib.

Bir neçə iş adamı bina ilə maraqlansa da Hacı İbrahim alıcı tapa bilməyib.

Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir.

Verilən məlumata görə, həmin binanın bir mərtəbəsində Hacı İbrahim özünün də evi var.

Qeyd edək ki, hazırda Hacı İbrahim Nehrəmlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanıldığı bildirilir.

Hacı İbrahim “Avesta”nı satışa çıxardı
Hacı İbrahim “Avesta”nı satışa çıxardı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *