“Ciddi sarsıntılara hazır olun, son yüz ilin…”
Rusiyanın Başqırdıstan Respublikasının sakinləri son yüz ilin ən uzunmüddətli Ay tutulmasını izləyə biləcəklər.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, respublika sakinləri bu təbiət hadisəsini 1 saat 43 dəqiqə izləyəcəklər.
Ayın tutulması yerli vaxtla iyulun 27-də 20:13-də başlanacaq və bu zaman Yerin kölgəsi Aya toxunacaq. Tutulmanın tam mərhələsi iyulun 27-də 22:30-dan iyulun 28-də 01:14-ə qədər davam edəcək.
Mütəxəssislərin fikrincə, Ayın tutulmasının təsiri altında həm şəxsi, həm də sosial səviyyədə ciddi sarsıntılar mümkündür.
Mənbə:> Publika.az