“Qanlı Ay” görünəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

“Qanlı Ay” görünəcək

“Qanlı Ay” görünəcək


İki gün sonra Yer kürəsinin bəzi bölgələrində tam Ay tutulması müşahidə ediləcək.

ANS PRESS-in məlumatına görə, Cənubi və Şimali Amerika, Avstraliya ərazisində və şərqi Asiyanın bəzi sakinləri bu təbiət hadisəsinin şahidi ola biləcəklər.

İnsanlar arasında qorxu və həyəcan yarandıran bu tutulmaların 2014-2015-ci illəri arasında 4 dəfə baş verəcəyi bildirilmişdi. Aprelin 4-də baş verməsi gözlənilən tutulma zamanı Yer kürəsinin kölgəsi Ay səthini əhatə edəcək. Dördüncü və son qanlı Ay tutulması isə sentyabrın 28-də yaşanacaq.

Tutulma prosesi zamanı planetimizin təbii peyki olan Ay qırmızı və ya narıncı rəng alacaq. Bu da Yer səthindən dolayısı ilə keçən Günəş şüaları sayəsində baş verəcək. Məhz buna görə də bu təbiət hadisəsini “qanlı Ay” adlandırırlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *